Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.
QOL.az xəbər verir ki, “CanSports”un təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər. 52 yaşlı mütəxəssisə mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
Xatırladaq ki, daha öncə komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. O, artıq 14-cü dəfə ilin ən yaxşı məşqçisi seçilib.