AZ

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi Standartına uyğunluğunu təsdiq edən beynəlxalq sertifikat əldə edib.

“İki sahil” xəbər verir ki,  ADY-dən bildirilib ki, sertifikat noyabrın 26-29-da ADY-nin fəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunluğunu qiymətləndirmək üçün aparılmış auditin nəticələri əsasında “TÜV Austria GMBH” sertifikatlaşdırma təşkilatı tərəfindən təqdim edilib.

ISO standartları dünyada ən geniş yayılmış önəmli standartlardan biridir. ADY ISO 9001 sertifikatını almaqla qlobal səviyyədə yük və sərnişin daşımaları xidmətlərini təkmilləşdirmək istiqamətində çalışdığını bir daha təsdiq edir.

ISO 9001 sertifikatı ADY rəqabətqabiliyyətini daha da artıraraq müştəriləri və tərəfdaşları ilə daha sıx əlaqələr qurmasını təmin edir. Eyni zamanda, şirkətin strateji inkişafını daha da möhkəmləndirir, xidmət və məhsul keyfiyyətini yüksəltməklə müştəri məmnuniyyətini artırır. ISO 9001 standartının tələbləri əsasında daxili proseslərin daha da optimallaşdırılması və səmərəliliyin artırılması nəticəsində daha effektiv müştəri yönümlü həllər təklif ediləcək. Müştəri məmnuniyyətini daha yüksək səviyyədə təmin edən şirkət üçün yeni biznes imkanları yaranacaq.

ISO 9001 sertifikatı ADY-nin keyfiyyətli xidmət öhdəliyini və müasir idarəetmə yanaşmalarını tətbiq etməsini daha geniş nümayiş etdirəcək, xidmətlərdə çeviklik və dəqiqlik səviyyələri yüksələcək.

ADY gələcəkdə də müştəri məmnuniyyətini artırmaq, əməyin təhlükəsizliyini təmin etmək üçün digər müvafiq sertifikatların əldə edilməsi üzərində iş aparır.

Seçilən
0
9
ikisahil.az

10Mənbələr