AZ

Eşitmə imkanları məhdud uşaqlar üçün yeganə məktəb: "Onların hamısını öz övladımız kimi sevirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi İnternat Məktəbindən reportaj hazırlayıb.
Məktəbin direktoru Tariyel Əkbərovun sözlərinə görə, burada 553 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 182 müəllim məşğul olur. 83 sinifdən ibarət olan məktəbdə uşaqlar üçün yeməkxana və yataqxana da fəaliyyət göstərir.
Burada hər bir uşağa xüsusi münasibət göstərildiyini vurğulayan məktəbin direktor müavini Günay Ağayeva söyləyib ki, onlar müəllimlərini öz anaları kimi qəbul edib, sevirlər:
"Müəllimlərimiz onlara ilk dəfə burada işarət dili ilə ana, ata kəlmələrini başa salırlar. Bizim üçün özgə övladı yoxdur. Onların hamısını öz övladımız kimi sevirik. Doğum günlərini də burada qeyd edirik, nə şərait lazımdırsa, yaradırıq".
Ətraflı süjetdə:
Seçilən
1
50
oxu.az

10Mənbələr