AZ

​Parisdə etiraz aksiyası -

Bu gün Parisdə Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və Fransız müstəmləkələrinin müstəqillik hərakatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul etmişdir.) həsr edilmiş etiraz aksiyası keçirilib.
Metbuat.az xəbər verir ki, etiraz aksiyası zamanı ”Kolonializmə Son, Azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə" "Dekolonizasiya indi başlayır" “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!” "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib. Sözügedən etiraz aksiyasında Qəmər adalarını, Quadelupanı, Fransız Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı,Sen Martini, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.

Aksiya iştirakçıları 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi və eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəxalq təşkilatları koloniyalardakı cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.

Seçilən
3
39
metbuat.az

10Mənbələr