Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 432 m² olan üçmərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 70 m² olan saunanın divar üzlüyü 4 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yüksək temperaturdan saunanın plastikdən ibarət qapısı və alkopandan ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta