1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Güclü külək Mingəçevirin tanınmış "Əli" qəbiristanlığında dağıntılara yol açıb.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, təbiət hadisəsi zamanı müxtəlif növ iri gövdəli ağaclar kökündən qoparaq qəbirüstü abidələrin üzərinə aşıb.
Təqribən 12-dən artıq ağacın qəbirlərin üzərinə düşməsi nəticəsində çox sayda məzar daşı və məzarüstü abidə zərər görüb. Altı qəbirüstü abidə isə ciddi dağıntılara məruz qalıb.