“Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Xirosimaya atılan nüvə bombasından 24 dəfə güclü hesab olunan B61 silahından bəhs olunub.
Bildirilib ki, dekabrın 10-da “The National Interest” jurnalı Rusiyanın Belarusda yerləşdirdiyi “Oreşnik” ballistik raketlərinə qarşılıq olaraq NATO-nun Polşa və ya Ukraynada B61 silahını yerləşdirəcəyi barədə məlumat yayıb.
Açıq mənbələrdə mövcud olan məlumatlara görə, B61 uzun müddətdir ki, NATO-nun müdafiə siyasətində əsas rol oynayan nüvə silahıdır. Bombanın ilk sınağı 1963-cü ildə keçirilib. Uzun illər ərzində bu silahın Belçika, Almaniya, İtaliya və Niderland ilə yanaşı, Türkiyə ərazisində də yerləşdirildiyi bildirilir.
B61 həm də tənzimlənəbilən bombalar kateqoriyasına aiddir. Bu özəlliyi sayəsində onun partlayış gücünü 0/3 kilotondan 360 kilotona qədər aralıqda dəyişmək mümkündür. Qoyulmuş missiyadan asılı olaraq havada, yerdə çatdırılma, sərbəstdüşmə və buraxılma parametrlərinə uyğun tətbiq olunur.
Ötən müddət ərzində xeyli təkmilləşdirilən bombanın son B61-13 versiyası bu güclü və uzunömürlü silahın qravitasiya bombası variantıdır. Sonuncunun ölümsaçan dağıdıcı gücü seçici deyil, əslində, mülki əhali arasında qurbanların maksimal dərəcədə artırılması üçün hazırlanıb.
Silah haqqında məlumatlarda bir B61-13 qravitasiya bombasının ABŞ-nin İkinci Dünya müharibəsi zamanı Hirosima və Naqasakiyə atdığı nüvə bombasından 24 dəfə daha güclü olduğu bildirilir.
Ətraflı Baku TV-nin süjetində: