AZ

KTMT-NİN ERMƏNİ SEVGİSİ

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur.Tezadlar.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib."Məncə, bu vəziyyətdən (erməni nümayəndə heyətinin olmamasından) qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Məncə, bu, hər şeyi deyir", - deyə o diqqət çəkib.“KTMT katibliyinin bildiyinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyırdı”, - deyən baş katib əlavə edib: “İstənilən halda bu, müstəqil və suveren dövlətin qərarıdır, heç bir başqa dövlət və ya təşkilatın təsiri altına düşə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır”.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Minskdə keçirilən sammiti KTMT ilə Ermənistan arasında münasibətlərin pisləşməsi fonunda baş tutub. Respublikanın baş naziri Nikol Paşinyan əvvəllər KTMT-ni 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Bakı ilə toqquşmalar zamanı İrəvana yardım etməməkdə ittiham edib. Bunun fonunda İrəvan KTMT-dən ölkəyə yardım məsələsini gündəmdən çıxarmağı xahiş edib və Paşinyan özü Minskə getmək niyyətində olmadığını Belarus prezidenti Aleksandr Lukaşenkoya çatdırıb.Ermənistan XİN və Müdafiə nazirliklərinin rəhbərləri sammitdən əvvəl KTMT tədbirlərinə qatılmayıblar. Eyni zamanda, İrəvan deyir ki, onlar assosiasiyadan çıxmaq fikrində deyillər.E.ŞİRİNOV

Seçilən
250
50
Mənbələr
Şərh ()
Bağla