AZ

Suriyada həbsxanada yorğan altında tapılmışdı, kimliyi şoka saldı - FOTO

Suriyada həbsxanada yorğan altında tapılmışdı, kimliyi şoka saldı - FOTO

Suriya həbsxanasında yorğan altından tapılan və "Aylar sonra gün işığına çıxdı" başlığı ilə dünyaya yayılan görüntülərdəki şəxsin kimliyi məlum olub.

Qlobal.net Milli.Az-a istinadən xəbər verir ki, onun Əsəd rejiminin kəşfiyyat zabiti olduğu və rəhbərləri ilə oğurluqdan pay alma mövzusunda anlaşmazlıq yaşadığı üçün 1 ay əvvəl həbs olunduğu  bildirilir.

Suriya Prezidenti Bəşar Əsədin devrilməsindən sonra həbsxanalardakı bütün məhkumların azad edildiyi açıqlanmışdı. Bundan sonra CNN International komandası boşaldılmış bir həbsxanada yorğan altında tapılan bir məhkumla bağlı görüntüləri "Aylar sonra gün işığına çıxdı" başlığı ilə dünyaya yayımlamışdı.

HƏQİQƏT ÇOX FƏRQLİ OLDU

Hadisəyə dair görüntülər dünyanın gündəminə düşərkən, tapılan şəxsin təmiz geyimi, sağlam görünüşü və davranışları diqqət çəkmişdi. Şübhələr artdıqca, həmin şəxsin verdiyi ad və məlumatlar əsasında Suriyadakı araşdırma təşkilatı gerçək vəziyyətin CNN-in bildirdiyindən çox fərqli olduğunu ortaya çıxarıb.

BƏŞƏR ƏSƏDİN KAPİTANI İMİŞ

Adının Adel Qharbal olduğunu söyləyən şəxsin adı üzərində aparılan axtarışlar nəticə verməmişdi. Aparılan araşdırmalar nəticəsində həmin şəxsin həqiqi adının Mohammad Salama olduğu müəyyənləşdiriib. "Abu Hamza" olaraq tanınan Salamanın Suriya Hava Qüvvələri Kəşfiyyatında kapitan olduğu ortaya çıxıb

OĞURLUQDAN PAY ALMA MƏSLƏSİNƏ GÖRƏ TUTULUB

Əldə edilən məlumata görə, Mohammad Salama'nın Homsdakı bir neçə təhlükəsizlik nəzarət nöqtəsinə rəhbərlik etdiyi, oğurluq və soyğunçuluq işlərinə qarışdığı üzə çıxıb. Təxminən 1 ay əvvəl həbs olunduğu məlum olan Salama'nın tutulma səbəbi isə üstləri ilə yaşadığı oğurluqdan pay alma mübahisəsidir.

ƏLİNDƏ BİR ÇOX MASUM VƏTƏNDAŞIN QANI VAR

Araşdırma nəticələrinə görə, Mohammad Salama 2014-cü ildə Homsda bir çox cəbhədə hərbi əməliyyatlara qatılaraq vətəndaşları öldürüb. Bununla da kifayətlənməyən Salama, şəhərdəki bir çox gənci əsassız səbəblərlə və ya uydurulmuş ittihamlarla həbs edərək işgəncə verib. Keçmişini silmək üçün nömrəsini dəyişən və sosial media hesablarını bağlayan Abu Hamzanın taleyi barədə hələ də məlumat əldə oluna bilməyib. CNN-in bu vəziyyətə bilərəkdən düşdüyü, yoxsa Hamzanın oyununa gəldiyi hələ də mübahisə mövzusudur.

phrase_var_article.chosen
26
50
qlobal.net

10phrase_var_article.sources