AZ

Ofeliya Sənaninin vəziyyəti açıqlandı

Ofeliya Sənaninin vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir.“Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır”, - rəsmi məlumatda vurğulanıb. Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.

phrase_var_article.chosen
9
36
afn.az

10phrase_var_article.sources