AZ

Polşa 1 milyard dollarlıq zirehli maşınlar almağı planlaşdırır

Polşa təxminən 4,3 milyard zlota (1 milyard dollardan çox) dəyərində 80 ədəd “Rosomak” zirehli döyüş maşınları alacaq. İmzalanmış müqavilə çərçivəsində zirehli döyüş maşınlarının 2027-2028-ci illərdə tədarükü planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

 

"Bu gün biz 80 ədəd “Rosomak” alırıq, iyulda 58 ədəd sifariş edilib. 2024-cü ildə 130 “Rosomak-L” zirehli döyüş maşını alınıb”, - o qeyd edib.

Seçilən
25
22
sfera.az

10Mənbələr