AZ

Azərbaycan BMT-də neonasizmə qarşı mübarizə aparan qətnaməni dəstəkləyib

Bakı. Trend:

BMT Baş Assambleyası “Nasizmin, neonasizmin və irqçiliyin müasirformalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlıdözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrintərənnümünə qarşı mübarizə” adlı qətnamə layihəsini qəbul edib.

Trend xəbər verirki, qətnaməni 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə səs verib, 10ölkə isə bitərəf qalıb. Əleyhinə səs verən ölkələr arasındaAlmaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya yer alıb.Azərbaycan, Əlcəzair, Belarus, Boliviya, Braziliya, Çin, Kuba vəSerbiya isə sənədin lehinə çıxış ediblər.

Qətnamənin müəllifi Rusiya, həmmüəllifləri isə Belarus vəTürkmənistandır. 2005-ci ildən bəri ənənəvi olaraq Rusiyatərəfindən təqdim olunan sənəd 74 maddədən ibarətdir.

Qətnamədə nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrinkəskin şəkildə pislənməsi, tarixi həqiqətin qorunub saxlanılması,bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısının alınması və IIDünya Müharibəsinin nəticələrinə yenidən baxılması ilə bağlımüddəalar yer alır.

Həmçinin, qətnamədə etnik, milli, dini və ya əqidə əsaslıirqçiliyi, ayrı-seçkiliyi, nifrət və zorakılığı təşviq edən tədrismateriallarının və ritorikanın istifadəsinin pislənməsivurğulanır.

Seçilən
20
6
az.trend.az

10Mənbələr