AZ

ABŞ-də yaşayan soydaşımıza yüksək vəzifə verildi

Bakı. Trend:

ABŞ-də yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri,Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü Tərlan Əhmədovayüksək vəzifə verilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənbildirilib.

Qeydd edilib ki, o, qubernator Janet T. Mills tərəfindən Meynştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsiyanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans)birinci direktoru təyin edilib.

Tərlan Əhmədov bundan öncə Meyn Əmək Departamentində ştat üzrəməşğulluq proqramlarına nəzarət edib, Qaçqınlar və İmmiqrasiyaİdarəsində rəhbər vəzifədə çalışıb, Qaçqınların MəskunlaşmasıFederal Proqramının koordinatoru olub.

Ştatın rəsmi internet səhifəsində Tərlan Əhmədovun yeni təyinatıilə bağlı məqalə dərc olunub. Məqaləni ətraflı şəkildə aşağıdakılinkdən oxumaq mümkündür:

https://www.maine.gov/governor/mills/news/governor-mills-announces-director-maine-office-new-americans-2024-12-18

Seçilən
471
12
az.trend.az

10Mənbələr