AZ

“1994-cü ildən bəri bütün danışıqlar “Dağlıq” Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gedirdi” - Paşinyan

“1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi “Dağlıq” Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gedirdi”. 

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" sosial media hesabında yazıb.

"Ermənistan Respublikasında başqa məzmunlu söhbətlər sırf daxili siyasi problemlərin həlli üçün aparılıb. Bu kontekstdə mən böyük səhvə yol verdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıdakıları özümə etiraf etmədim və ona görə də bütün bunları insanlara aydınlıq gətirmədim", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

phrase_var_article.chosen
0
1
missiya.az

10phrase_var_article.sources