AZ

Argentinanın yeni prezidenti ABŞ-a səfər edib

Argentinanın yeni prezidenti Xavyer Mayli ABŞ- a səfər edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb .

O, orada Nyu-York və Vaşinqtona səfər edərək Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri və Amerika lideri Co Bayden administrasiyası ilə görüşəcək.

Mənbənin məlumatına görə, Mayli Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşəcək . Departament qeyd edib ki, yüksək vəzifəli şəxslər Maylinin iqtisadi siyasət komandası ilə görüşməyi planlaşdırır.

Kampaniya meneceri Nikolas Posse və iqtisadi müşaviri Luis Kaputonun müşayiəti ilə o, BVF rəsmiləri ilə danışacaq, çünki Argentina 43 milyard dollarlıq kredit müqaviləsini yenidən müzakirə etməlidir.

Seçilən
233
34
Mənbələr
Şərh ()
Bağla