AZ

Əsədin arvadı Britaniyaya köçür?

Xəbər verdiyimiz kimi, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd üsyançıların Dəməşqi ələ keçirməsindən sonra Moskvadakı həyatından narazı qalaraq boşanmaq üçün məhkəməyə müraciət edib.

Əsma Əsəd Rusiya məhkəməsindən Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib. Məqalədə onun Böyük Britaniyaya köçməyi planlaşdırdığı qeyd olunur.

Bununla belə, TASS-ın xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddiaları təkzib edib. O, Əsma Əsədin boşanması, əmlakının dondurulması və ölkədən çıxışına qadağa qoyulması barədə yayılan xəbərlərin əsassız olduğunu bildirib.

Xatırladaq ki, əvvəllər Londonda doğulan və bank sektorunda karyera qurmuş Əsma Əsəd Bəşər Əsədlə evləndikdən sonra Suriyaya köçüb. Son vaxtlar onun Moskvadakı həyatından məmnun olmadığı və Londona qayıtmaq istədiyi ilə bağlı iddialar yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
50
olaylar.az

10Mənbələr