AZ

Alimlər yeni kəşf etdikləri və xüsusiyyəti ilə onları şoka salan heyvanın görüntüsünü paylaşdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq alimlər qrupu Peru Amazonuna ekspedisiyaları zamanı kəşf edilən yeni növlər barədə açıqlama veriblər. Tapıntılar arasında bir heyvan alimlərin xüsusi marağına səbəb olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Conservation International" (ConsInt) təbiəti mühafizə təşkilatının rəsmi saytında xəbər verilib.
Bildirilir ki, 2022-ci ildə Peru cəngəlliklərinə edilən ekspedisiya zamanı tədqiqatçılar əvvəllər elmə məlum olmayan balıqlar, amfibiyalar, həşəratlar və məməlilər aşkar ediblər.
Ən şok tapıntılardan biri suda-quruda yaşayan siçanların yeni növünün kəşfi olub. Bu heyvanlar son dərəcə nadir olan ətcil gəmiricilərin qrupuna aiddir. Aşkar edilmiş heyvan həşəratlarla qidalanır və bataqlıqda yaşayır.
Digər heyrətamiz kəşflər arasında sərt tüklü tikanlı siçan, cırtdan dələ və qısaquyruq yarasa var. Ümumilikdə alimlər səkkiz yeni balıq, üç amfibiya, 10 kəpənək və dörd məməli növü təsvir ediblər.
Tədqiqatçılar qeyd ediblər ki, ekspedisiya zamanı daha 48 potensial yeni növ tapıblar, lakin bunların hamısı əlavə araşdırma tələb edir.
Seçilən
65
50
oxu.az

10Mənbələr