AZ

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Bakı. Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinəBöyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinənövbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınanailələr doğma yurdlarına qovuşub.

Trendxəbər verir ki, Cəbrayıl şəhəri bu gün 49 ailə olmaqla, 253 nəfərəqucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə özdoğma yurduna qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar vəCəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısıilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısınıngöstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçünbütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır.

Seçilən
1
25
az.trend.az

10Mənbələr