AZ

Təyyarə qəzasında 32 nəfər sağ qalıb: 14-ü Azərbaycan vətəndaşıdır - VİDEO

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində 32 nəfər sağ qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya şirkətin brifinqində yayılıb.
 

Mənbə qeyd edib ki, sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır.


Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.



Bizim.Media

Seçilən
2
50
bizim.media

10Mənbələr