AZ

Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində Zaqataladan səkkiz nəfər olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, onlardan altısı həlak olub, ikisi yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Həlak olanlar:
Carayev Arif
Carayev Mahir
Carayev Hacı
Ceerov Xizri
Ceerova G.
Siracova Müslümət
Yaralılar:
Siracov Nurulla
Cəlilov Nizami
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
Seçilən
15
50
oxu.az

10Mənbələr