AZ

Reanimasiyada olan yaralıların müalicəsi Qazaxıstan və Azərbaycan həkimlərinin nəzarətindədir - Rəşad Nəbiyev

Bakı. Trend:

Hazırda fövqəladə hallar naziri ilə birgə Qazaxıstandanqayıdırıq. Orada Azərbaycan vətəndaşlarına və digər sərnişinlərəbaş çəkdik. Cənab Prezidentin tapşırığı ilə onların vəziyyəti iləmaraqlandıq. Onların bəziləri özləri hərəkət edə bilirlər.

Trend-inməlumatına görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə yerində 29 nəfər insanın həyatınıxilas etmək mümkün olub.

"Həkimlərin gəldiyi qənaətlə biz onları özümüzlə qaytarmamaqqərarına gəldik. Həkimlər nə zaman qərar verərsə, onlar özləriqayıdarlar. Eyni zamanda reanimasiyada olan xəstələrimiz var ki,onların da müalicəsi Qazaxıstandan olan və Azərbaycandan ezamolunmuş həkimlər tərəfindən nəzarətə götürülüb. Bu gün həlakolanların gətirilməsi ehtimalı yoxdur. Araşdırma aparılır. Sonqərar sabah və ya yaxın günlərdə veriləcək. Qara qutular tapılıb.Qanunvericiliyə uyğun olaraq, onların araşdırılması aparılacaq", -deyə o bildirib.

Məqalədə:
Seçilən
46
5
az.trend.az

10Mənbələr