AZ

Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb

Bakı, 26 dekabr, AZƏRTAC

Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, dekabrın 26-da saat 02.03-də də Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.

Seçilən
2
39
azertag.az

10Mənbələr