AZ

Qazaxıstan da AZAL təyyarəsinin qəzası ilə bağlı komissiya yaratdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Qazaxıstanda xüsusi komissiya yaradılıb.
Oxu.Az Zakon.kz-yə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, aidiyyəti qurumun Nəqliyyatda Qəza və İnsidentlərin Araşdırılması İdarəsinin əməkdaşları hadisə yerindədirlər və ərazidə araşdırma aparırlar.
"Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) nümayəndələri Qazaxıstanda səfərdədirlər. Ərazidə işlər Azərbaycanın aviasiya qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılır. Təyyarə istehsalçısı Embraer və CENIPA (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar" - qurumun məlumatında bildirilib.
Xatırladaq ki, Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.
Seçilən
29
50
oxu.az

10Mənbələr