1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Silahlı Qüvvələri Jerebets çayının qərb sahilinə çıxıb və Kramatorsk rayonunun İvanovka kəndini (Donetsk) nəzarətə götürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Topwar.ru xəbər yayıb.
Bildirilib ki, yaşayış məntəqəsi ərazi baxımından Kramatorsk rayonuna daxildir və Krasnıy Liman şəhərinin şimal-şərqində yerləşir.
Məlumatda deyilir ki, İvanovkanın azad edilməsi Jerebetsin sağ sahilində plasdarm yaratmağa və oradan ya adı çəkilən Krasnıy Limana, ya da Xarkov vilayətinə doğru hərəkət edərək Borovaya qəsəbəsinə doğru yeni irəliləyiş vektoru yaratmağa imkan verir.
Xatırladaq ki, Borovayaya doğru hərəkət şimaldan da davam edir, burada Rusiya ordusu dünən Zaqrızovkanı nəzarətə götürüb.
Yeri gəlmişkən Rusiya hərbçiləri dünən, həmçinin Donetsk vilayətinin Novıy Trud kəndini nəzarətə götürüblər.