AZ

Argentinanın prezidenti iudaizmi qəbul etməyə qərar verib

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley katoliklikdən iudaizmə keçməyə qərar verib.

Məlumata görə, Argentina lideri noyabrın 25-də Buenos-Ayresdə yəhudilərin dini ayinində iştirak edib və orada ravvindən xeyir-dua alıb.

Noyabrın 27-də Nyu-Yorka çatan Miley ilk növbədə qapqara geyinib, başına kipa (yəhudi papağı) qoyaraq məşhur yəhudi ravvini Menahem Mendel Şnersonun Kuins qəsəbəsindəki məzarına gedib. Bu jest gələcək liderin Argentinanın İsraillə mədəni və siyasi əlaqələrini dərinləşdirməyə nə qədər sadiq olduğunu nümayiş etdirir. Beləliklə, Miley ölkənin tarixinin ən israilyönlü lideri ola bilər. Argentina Latın Amerikasında ən böyük (təxminən 220 min nəfər) yəhudi icmasına ev sahibliyi edir.

Xatırladaq ki, Miley İsrailə getmək niyyətində olduğunu və Argentina səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırdığını dəfələrlə bəyan edib.

Mənbə: TASS

Seçilən
264
22
Mənbələr
Şərh ()
Bağla