AZ

"Haber Global": "Ruslardan üstüörtülü etiraf - Təyyarə vurulan zaman HHM sistemi işə düşüb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"38 nəfərin ölümünə səbəb olan təyyarə faciəsinin arxasından Rusiya çıxdı. İlkin istintaqda əldə olunan məlumatlara görə, "Azərbaycan Hava Yolları"na aid təyyarə düz yanında partlayan Rusiyaya məxsus raketin qəlpələrinə hədəf olub".
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı süjetdə qeyd olunub.
Bildirilir ki, xəsarət alan təyyarənin Rusiyanın hava limanlarına enişinə icazə verilməməsi və radarının tamamilə söndürülməsi fərqli ssenariləri gündəmə gətirib.
Müəllif həmçinin "Rosaviasiya"dan (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi) həmin vaxt Qroznı hava limanı rayonunda "Kovyor" ("Xalça") planı tətbiq edildiyi barədə etirafını xatırladıb.
Ətraflı videoda:
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Seçilən
26
44
oxu.az

10Mənbələr