AZ

Ançelotti Madriddən Mançesterə yollanacaq?

Karlo Ançelottinin mövsümün sonunda “Real”ı tərk etmək ehtimalı qalır.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis “Mançeter Yunayted”in maraq dairəsindədi. “MadridXtra”nın verdiyi məlumata grə, İngiltərə klubu Erik ten Haq ilə yolları ayırmağı planlaşdırır. Niderlandlının yerinə ən real namizəd isə Ançelotti sayılır.

Yeri gəlmişkən, bir müddət əvvəl Ançelottinin yayda Braziliya yığmasının başına keçə biləcəyi haqda xəbər yayılmışdı. Ancaq o, bu iddianı təkzib etmişdi.

Seçilən
374
16
Mənbələr
Şərh ()
Bağla