AZ

İki yaşlı uşaq avtomobildəki silahla özünü vurdu

ABŞ-ın Miçiqan ştatında bir kişi oktyabrda iki yaşlı uşağın ölümünə səbəb olan silaha görə odlu silah saxlamaqda günahlandırılıb.
Hafta.az-ın “CBS News”a istinadən yazdığına görə, Miçiqan ştatının Qərb dairəsi üzrə prokuroru Mark Totten çərşənbə günü Avis Damon Kovarda qarşı odlu silah saxlamaqla cinayət törətmək ittihamı irəli sürüb.
İddialara görə, Kovard Lansingdəki yanacaqdoldurma məntəqəsində olarkən avtomobilindən çıxıb, iki yaşlı uşağı və anasını isə içəridə qoyub. Yanacaqdoldurma məntəqəsinin çəkdiyi video çəkilişlərdə təxminən bir dəqiqə sonra avtomobilin pəncərəsində güllə dəliyi görünüb.
Videoya baxan prokurorlar bildirirlər ki, ana daha sonra güllə yarasından qanayan balaca uşağı qucaqlayaraq maşından düşüb və az sonra uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qadın maşından çıxanda silah yerə düşür. İddialara görə, Kovard yanacaqdoldurma məntəqəsindən qayıdan zaman silahı götürərək yenidən maşına qoyub.
“People” xəbər verir ki, hadisə yerindən qaçdığı iddia edilən Kovard sonradan bu işlə bağlı həbs edilib.
Polis daha sonra Kovardın avtomobilini Hellouin gecəsi Lansinqdə tapıb. Məhkəmə qeydlərinə əsasən avtomobilin yandığı və ciddi zədələndiyi bildirilir.
Kovardın vəkil tutub-tutmadığı və ya ona vəkil təyin edilib-edilmədiyi hələlik bəlli deyil.
Totten açıqlamasında "Uşağın silahla öldürülməsi heç vaxt yazılmamalı olan bir hekayədir" deyib.

Seçilən
256
50
Mənbələr
Şərh ()
Bağla