AZ

2 yaşlı uşaq maşında qalan silah ilə özünü öldürdü - FOTO

ABŞ-nin Miçiqan ştatında ağlasığımaz hadisə baş verib.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Uzun müddətdir cinayət keçmişi olan 44 yaşlı Avis Damone bir qadın və 2 yaşlı uşağı ilə yanacaqdoldurma məntəqəsində dayanıb. Alış-veriş üçün bazara getmək istəyən şəxsin belindəki tapança yerə düşüb.

Silahı yenidən belinə taxmayan kişi onu qabaq oturacaqda qoyub bazara daxil olub. Bu zaman silahı əlinə alan balaca uşaq ehtiyatsızlıqdan özünü vurub.Uşaq ölərkən anası və Avis Damone uşağı yanacaqdoldurma məntəqəsində qoyub qaçıblar.

Kişi hadisədən bir neçə saat sonra polis tərəfindən saxlanılıb. Avtomobil bir həftə sonra tarlada yanmış halda tapılıb. Avis Damone və uşağın anası arasındakı əlaqə məlum olmasa da, hadisə ilə bağlı istintaq davam edir.

2222


BiG.Az
Seçilən
283
19
Mənbələr
Şərh ()
Bağla