AZ

NASA-dan itmiş meteoritlə bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

İlk dəfə 2007-ci ildə kəşf edilən 2007 FT3 adlı meteorit ovaxtdan bəri bir daha görünməyib.

Trend-in məlumatına görə, tapıldıqdan bir gün sonra yoxa çıxanmeteorit yenidən gündəmə gəlməyə başlayıb.

Alimlərin fikrincə, sözügedən meteorit Yerə doğru gəlir.

NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS)asteroidin yoxa çıxdığı andan hara gedəcəyini müəyyən etməyəçalışır. Bu araşdırmalar nəticəsində NASA mütəxəssisləri asteroidingələn il Yerlə toqquşa biləcəyini düşünürlər.

Sözügedən asteroidin dəqiq hansı istiqamətdə olduğunu müəyyənetmək mümkün olmayıb. Bu səbəbdən mütəxəssislərin dediyi toqquşmayalnız bir ehtimaldır. Ancaq asteroidin 2024-cü ilin oktyabrındaYerlə toqquşma ehtimalının təxminən 11,5 milyonda 1 olduğu təyinolunub.

Qeyd edək ki, itmiş asteroid Yerlə toqquşarsa, o, 2,6 milyardton TNT gücündə partlayacaq. Bu təsir bir planeti məhv etmək üçünkifayət deyil. Bununla belə, o, böyük ziyan vurmaq və bütün planetəşok dalğaları göndərmək gücünə malikdir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

NASA-dan
NASA-dan
NASA-dan
Məqalədə:
Seçilən
307
50
Mənbələr
Şərh ()
Bağla