AZ

Stoltenberq AÇIQLADI: "Rusiya çoxlu raket ehtiyatı toplayıb"

"Rusiya qış ərəfəsində çoxlu raket ehtiyatı toplayıb".

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

 O vurğulayıb ki, Şimali Atlantika Alyansı Rusiyanı qiymətləndirməməlidir, çünki iqtisadiyyatı müharibə vəziyyətindədir.

"Rusiyanın Ukraynadakı məqsədləri dəyişməyib. Rusiya qış ərəfəsində böyük bir raket ehtiyatı toplayıb. Biz Ukraynanın enerji sisteminə və infrastrukturuna yeni hücum cəhdlərini görürük", - deyə Stoltenberq mətbuat konfransında bildirib.

Çıxışın audioyazısı NATO-nun saytında dərc olunub.

Musavat.com

Seçilən
357
50
Mənbələr
Şərh ()
Bağla