AZ

“Real”dan sonra kosmonavtlara da məşğul olacaq

“Real”ın fitnes məşqçisi Antonio Pintus bu yaxınlarda NASA-nın Hyustondakı qərargahına baş çəkib.

Gundem.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.





İtalyan mütəxəssisdən kosmonavtları kosmos missiyalarına daha yaxşı hazırlaması üçün kosmos agentliyi ilə məlumat və təcrübə paylaşması istənilib. NASA Pintusun Madriddə istifadə etdiyi bəzi texnikaları tətbiq etmək niyyətindədir. Məşqçi gələcəkdə “Real” məşqlərində istifadə etmək üçün NASA-da görülən işləri də öyrənib.

Qurum 61 yaşlı məşqçi ilə “Real”ın ABŞ turu zamanı əlaqə qurub.

Pintus qabaqcıl məşq metodları sayəsində dünya miqyasında tanınıb. O, oyunçuların dözümlülüyünü artırmaq üçün məşqlər zamanı xüsusi nəfəs maskalarından istifadə edir.

 

Seçilən
281
1
Mənbələr
Şərh ()
Bağla