AZ

Rusiyada "Boeing" təyyarəsi qəza enişi edib

Rusiyanın paytaxtı Moskvadan səmaya qalxan təyyarə Yujno-Saxalinsk hava limanında məcburi eniş edib.

“Report”un məlumatına görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər yayıb.

Qeyd edilir ki, dekabrın 1-də Moskva vaxtı ilə 1:34 (Bakl vaxtı ilə saat 2:34) təyyarə Yujno-Saxalinsk hava limanına enib.

"Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinə "Aeroflot"a məxsus "Boeing 737" təyyarəsinin Yujno-Saxalinsk hava limanında qəza eniş etməyə hazırlaşdığı barədə məlumat daxil olub", - mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub ki, eniş insidentsiz həyata keçirilib və xəsarət alan olmayıb. Təcili enişin səbəbləri açıqlanmır.

Seçilən
354
9
Mənbələr
Şərh ()
Bağla