AZ

Mourinyo: Bunu Qvardiola edə bilər, mən yox

"Roma"nın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, son oyundakı uğursuz nəticədən sonra oyunçularını cəzalandırıb-cəzalandırrmayacağı barədə sualı cavablandırıb:

“Heç kim cəzalandırılmayacaq. Qvardiola bunu edə bilər. Hansısa oyunçudan narazıdırsa, onu qovar və başqasını seçər. Mən bacarmıram. Mən yalnız hər gün məşqdə oyunçuları sıxa bilərəm ki, onlar ən yaxşılardan olsunlar.

Bəzi futbolçularımız var ki, onların məsuliyyəti yoxdur. Onlar özlərini mənə sübut etmək istəmirlər ki, hazırdırlar və daha çox oynamalıdırlar.

Yanıma gəlib daha çox oynamaq istədiklərini desələr, cavab verəcəyəm ki, yalnız digər oyunçular öləndə oynayacaqsınız".

Seçilən
327
21
Mənbələr
Şərh ()
Bağla