AZ

Hərbi ekspert:“Fransa çalışır Ermənistanı gücləndirsin ki...”

““Bastion”lar faktiki olaraq zirehli avtomobillərdir, onlar gülləkeçirməzdir. Hərəkəti kifayət qədər sürətlidir. Bir sözlə, bunlar zirehli “CİP”dir”Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirərkən deyib. Hərbi ekspert bildirib ki, Fransanın Ermənistanı silahlandırmaqda məqsədi var:“Ukrayna vaxtilə “Bastion”lardan imtina etdi, çünki real ağır döyüşlərdə bu avtomobillərin heç bir rolu yoxdur. Bunların məqsədi təcili hansısa hərbçi qrupunu döyüş nöqtəsinə çatdırmaqdır. Bu avtomobillər yaralıların döyüş meydanından çıxarılmasında da çox effektli rol oynayıb. İstisna etmirəm ki, Fransa çalışır ki, Ermənistan sərhədçilərini gücləndirsin və ona görə əsas üstünlüyü adını çəkdiyim avtomobillərə verib. Fransanın Ermənistana verdiyi radarlar isə Azərbaycanın pilotsuz uçuş aparatlarına qarşı istifadə məqsədi daşıyır. Amma o demək deyil ki, bu ciddi məsələ deyil. Bu ilk mərhələ ola bilər. Ondan sonra daha ciddi silahlar da Ermənistana verə bilər. Fransa çalışır ki, hansısa formada bir balaca Ermənistanı gücləndirsin ki, danışıq prosesində Ermənistanın arqumentləri daha  effektli olsun”-deyə hərbi ekspert bildirib. Qeyd edək ki, Fransa Ermənistanı silahlandırmaqda davam edir. Fransanın "Arquus” qrupunun istehsalı olan "Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək.Qeyd olunur ki, Ermənistan bu yaxınlarda "Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.Vasif Əlihüseyn

Seçilən
215
44
Mənbələr
Şərh ()
Bağla