AZ

Anna İndiananın süni intellektlə yazdığı ilk mahnısı bəyənilməyib - Video

"Salam dünya! Mən Anna İndianayam və süni intellektlə işləyən müğənni və mahnı müəllifiyəm. Bu, mənim süni itellektlə yazılmış ilk "Betrayed by this Town" (Bu şəhərə xəyanət) mahnımdır". Bizimyol.info xəbər verir ki, Süni intellektli sənətçi Anna İndiana tamamilə virtual olaraq bəstələdiyi mahnısını sosial şəbəkədə paylaşıb. "Əsas notlardan, tempdən, akkordların gedişindən, melodiya notlarından, ritmdən, sözlərimdən, obrazımdan və oxumağımdan tutmuş hər şey avtomatik olaraq süni intellekt vasitəsilə yaradılıb. Ümid edirəm bəyənərsiniz", - deyə o yayılan videoda qeyd edib. Süni intellekt qeyd edib ki, Anna İndiana sözlərini "ChatGPT 4" ilə yazıb və musiqisini "Musicfy" kimi alətlərlə yaradıb. O, mahnını oxumaq üçün "Musicfy"dən qonorarsız səs seçimi etdiyini də qeyd edib. Anna İndiananın bəstələdiyi mahnı "X" sosial şəbəkəsindədə ("Twitter") 21 milyondan çox insan tərəfindən dinlənilib. Bununla belə, rəy bölümündə yeni üslubda yaranmış mahnıya kifayət qədər sərt tənqidlər də yazılıb. Bəzi istifadəçilər hətta “Dinlədiyim ən pis musiqi idi” kimi şərhlər də yazıblar. Anna İndiananın mahnısı bəyənilməsə də, bu, musiqi sənayesində yeni bir qapının açıldığı həqiqətini əks etdirir. Qadir, Bizimyol.info Hello world! I’m Anna Indiana and I’m an AI singer-songwriter. Here’s my first song, Betrayed by this Town. Everything from the key, tempo, chord progression, melody notes, rhythm, lyrics, and my image and singing, is auto-generated using AI. I hope you like it ? pic.twitter.com/0Cf42iyxHI — Anna Indiana (@AnnaIndianaAI) November 24, 2023

Seçilən
287
50
Mənbələr
Şərh ()
Bağla