AZ

"İran tərəfindən Azərbaycana qarşı informasiya və kəşfiyyat müharibəsinin davam etdiyini görürük"

Rusiyanın paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq. Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar. Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin görüşü mütəmadi olaraq keçirilir, burada iki tərəfli əlaqələr də müzakirə olunur. Məhəmməd Əsədullazadə “Ümumiyyətlə, Qərb tərəfindən Xəzər regionu ilə bağlı aktiv siyasət izlənilir. Qərbin regiona siyasi strateji yanaşması yeni mərhələyə keçir. Xüsusilə, Xəzər hövzəsinin hərbiləşdirilməsi Rusiya və İran tərəfindən mütəmadi olaraq qaldırılır. Bu da region ölkələri üçün müəyyən risklər təşkil edir. İran daim deyir ki, “Xəzər dənizi hərbiləşməməli və həmçinin Rusiya və üçüncü ölkələrin regiona girməməlidir. Amma biz Rusiya və İranın timsalında görmürük. Hər iki dövlət durmadan öz silahlı qüvvələrini Xəzər dənizində yeniləyir, hərbi dəniz donanmasını müasir raketlərlə təchiz edir. Hətda Rusiya Xəzər dənizindən Ukraynaya raket atmaqla Xəzər dənizinə beynəlxalq münaqişənin subyektinə çevirir”-deyə politoloq bildirib. İkitərəfli münasibətlərə gəldikdə isə, politoloq qeyd edib ki, Azərbaycanla İran arasında ikitərəfli münasibətlər danışılacaq. Belə ki, prezidentlər səviyyəsində İqtisadi Əməkdaşlıq Təşkilatının konfransında bu məsələlər müzakirə olunub, müəyyən normallaşma prosesi artıq başlayıb. Hətta İran ərazisindən keçən Zəngəzur dəhlizinin bir hissəsi olan Araz dəhlizi artıq razılaşdırılıb. Yəni İranla Azərbaycan arasındakı bir çox kritik problemlər arxada qalıb. Tərəflər normallaşma prosesi götürüb. Amma biz İran tərəfindən Azərbaycana qarşı informasiya və kəşfiyyat müharibəsinin davam etdiyini görürük. “Təbii ki, bu məsələlər iki tərəfli danışıqların predmeti olacaq. Amma düşünürəm ki, İran tərəfi Azərbaycana qarşı informasiya savaşını dayandırmayacaq. Xüsusilə, SEPAH-ın bu prosesdə olan kütləvi informasiya vasitələrində antiAzərbaycan kampaniyası davam edəcək”-deyən politoloqun fikrincə, buna baxmayaraq tərəflər regionla bağlı ümumi maraqlara cavab verən məsələlərdə yekdil qərarlar qəbul edərək, əməkdaşlıq edəcəklər. İradə Cəlil, Bizimyol.info

Seçilən
303
50
Mənbələr
Şərh ()
Bağla