AZ

Avropanın bu klubu Mahir Emrelini istəyir

Azərbaycan millisinin "Nürnberq" ilə müqaviləyə qarşılıqlı xitam verən hücumçusu Mahir Emreli ilə Almaniyanın "Kayzerslautern" klubu maraqlanır. Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, Emreli Almaniyada qalmağa davam etmək istəyir. Hazırda Emreli ilə Bundesliqa və Bundesliqadan-2-dən daha üç klub maraqlanır. Onlardan biri də "Kayzerslautern"dir. Lakin danışıqlar hələ çox irəli getməyib.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq" forması ilə son oyununa çıxmağa hazırlaşır.

Seçilən
18
50
metbuat.az

10Mənbələr