AZ

Prezident istefaya göndərildi, Ançelotti…

Ednaldo Rodriges Braziliya Futbol Federasiyasının prezidenti postundan istefaya göndərilib. 2021-ci ildən bu vəzifədə olan funksioner milli komandanın son uğursuzluqlarından sonra artan təzyiqlərə dözə bilməyib. Xüsusilə Argentinaya ev məğlubiyyəti həlledici olub.

Futbolinfo.az “Ge Globo”ya istinadla xəbər verir ki, istefanın əsas səbəbi yığmanın baş məşqçi məsələsidir. Rodriges bu posta daimi əsasda çalışdırıcı təyin olunmasına imkan vermir, komandanı müvəqqəti çalışdırıcıya tapşırırdı. Məqsəd yayda “Real”la müqaviləsi bitən Karlo Ançelotti ilə anlaşmaq idi.

Lakin indi vəziyyət dəyişib. Braziliya millisi növbəti Dünya Çempionatının seçmə mərhələsində uğursuz çıxış edir, Ançelotti isə Madrid klubu ilə müqaviləsini iki illik uzatmaq niyyətindədir. Ednaldo italiyalı mütəxəssisi təyinata razı sala bilmədiyindən postundan getməli olub.

Seçilən
267
16
Mənbələr
Şərh ()
Bağla