AZ

Yeni prezidentə üzərində beş it şəkli ola əsa verildi

Argentina Prezidenti Xavyer Miley andiçmə mərasimi zamanı sələfindən hakimiyyətin simvollarından biri olan əsa alıb. Əsada Argentina liderinə məxsus beş it təsvir olunub.

Publika.az xəbər verir ki, bu barədə “Clarin” nəşri yazıb.

Nəşr qeyd edir ki,"bazar günü Mileyin qaldırdığı əsada beş itin rəsmi var".

Əsaya həmçinin itlərin adları da yazılıb. Miley özü itlərin ən yaxşı dostu olduğunu və onları uşaqları adlandırdığını etiraf edir. O, seçkilərdə qalib gəldiklərinə görə təşəkkürünü bildirib. Bütün itlər məşhur iqtisadçıların adlarını daşıyır.

Seçilən
190
2
Mənbələr
Şərh ()
Bağla