AZ

Çin avtomobil istehsalı üzrə rekorda imza atdı

2023-cü ilin yanvar-oktyabr aylarında Çin 21 milyon minik avtomobili istehsal edərək, Avropa İttifaqı və Böyük Britaniyanın göstəricisini iki dəfə artırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Çin yanvar-oktyabr aylarında 20,7 milyon avtomobil istehsal edib ki, bu da əvvəlki illərin eyni dövrləri arasında mütləq rekorddur. Eyni zamanda, Avropa İttifaqı və Böyük Britaniyada anti-Rusiya sanksiyaları fonunda işlər o qədər də yaxşı deyil: bu ilin 10 ayı ərzində hasilat  dörd il əvvəlki göstəricidən 22,5% geriləyərək, 10,4 milyon vahidlərdir", deyə hesabatda bildirilir.

Qeyd olunur ki, Çinin avtomobil sənayesində 30 milyon insan çalışır və bu da Avropadakından (12,9 milyon işçi) iki dəfədən artıqdır.

Paşa Məmmədli

Seçilən
208
36
Mənbələr
Şərh ()
Bağla