AZ

“İçindəki cini çıxartdım” deyə anasını öldürdü

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda dəhşətli hadisə baş verib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Anamın içindəki cini çıxartdım” deyən şübhəli anasını öldürüb.Hadisə dekabrın 10-da axşam saatlarında Kemalpaşa məhəlləsi, küçə 7033 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Əldə edilən məlumata görə, narkotik aludəçisi olduğu iddia edilən B.Ç. (20) evinin yaxınlığındakı iş yerində gözətçi olan atası H.Ç.-yə anası Fazilə Çavdarı (43) öldürdüyünü deyib.Evə gedən H.Ç.-nin həyat yoldaşı Fazilə Çavdarın hərəkətsiz və qanlar içində uzandığını görəndə vəziyyəti polis və sağlamlıq qruplarına bildirib.Həkim qrupları tərəfindən aparılan müayinədən sonra dəfələrlə başına sərt cisimlə vurulan bədbəxt qadının öldüyü müəyyən edilib.Fazilə Çavdarın cəsədi prokurorun müayinəsindən sonra İzmir Ədli Tibb Təşkilatının meyitxanasına aparılıb.Nəzarətə alınan qətldə şübhəli bilinən B.Ç.-nin uzun müddət narkotikdən istifadə etdiyi və qətli narkotikin təsirindəykən törətdiyi iddia edilib.Digər tərəfdən bir çox cinayət dəftərində adı olduğu ortaya çıxan B.Ç.-nin polis bölməsindəki ifadəsində "Anamın içindəki cini çıxartdım" dediyi bildirilir. B.Ç.-nin 6 ay əvvəl yaşadıqları evi yandırmağa cəhd etdiyi və polis tərəfindən saxlanıldığı öyrənilib. Qətl şübhəlisi B.Ç. Cinayət Bürosunda əməliyyatlardan sonra çıxarıldığı məhkəmədə həbs olunub.

Seçilən
66
11
Mənbələr
Şərh ()
Bağla