AZ

Argentinanın yeni iqtisadiyyat naziri pesonun 120 faizlik devalvasiyasını elan edib

Argentinanın yeni iqtisadiyyat naziri Luis Kaputo çərşənbə axşamı dolların rəsmi məzənnəsinin 365 pesodan 800 pesoya qaldırılacağını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kaputo Prezident Xavyer Mileyin hökumətinin ilk iqtisadi islahatlarını təqdim edərkən müraciətində deyib.

“Rəsmi məzənnə 800 peso olacaq ki, məhsuldar sektorlar öz istehsalını artırmaq üçün müvafiq stimullara malik olsunlar”, - nazir vurğulayıb.

Seçilən
208
34
Mənbələr
Şərh ()
Bağla