AZ

İctimai fəal yenidən saxlanılıb

O, bir müddət əvvəl 30 sutka həbs cəzası almışdı

İctimai fəal Möhyəddin Orucovun saxlanıldığı bildirilir. 

Bu barədə onun ailəsi məlumat verib. 

Bildiriblər ki, onlar övladlarının harada saxlandığı barədə məlumatsızdırlar.

Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, ictimai fəal Möhyəddin Orucov bir qədər əvvəl sosial şəbəkə hesabında dövlət başçısı İlham Əliyevin siyasətini sərt şəkildə tənqid edib.

"Elə bu, kifayət edib ki, polis Məhəddin bəyi zorakılıqla tutsun, axşamdan səhər radələrinədək 32-ci Polis Bölməsinin həyətində stula qandallaşmış vəziyyətdə saxlasın, təhqir etsin, döysün və 30 sutka inzibati qaydada həbs etsin”.

DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev Meydan TV-yə Möhyəddin Orucovla bağlı sabah açıqlama verəcəklərini bildirib. 

Onun həbs olunub-olunmaması ilə bağlı sualı cavabsız qoyub.

Möhyəddin Orucov daha öncə də, oktyabrın 19-da Bakıda 32-ci polis bölməsinə aparılıb və orada barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub. 

Daha sonra isə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka müddətinə həbs və 200 manat cərimə olunub. 

Yaxınları hesab edirlər ki, Möhyəddin Orucov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə həbs olunub. 

Fəalın yaxınları daha öncə də onun polis bölməsində olarkən fiziki təzyiqə məruz qaldığını bildirib.

Seçilən
147
25
Mənbələr
Şərh ()
Bağla