AZ

Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər tutuldu (FOTO)

Bakı. Trend:

Qaxda xırdabuynuzlu heyvanları oğurluq və soyğunçuluq yolu iləələ keçirən şəxslər tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyininmətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən əməliyyat zamanı rayon ərazisində oğurluq və soyğunçuluqcinayətləri törədən şəxslər saxlanılıblar.

Qeyd edilib ki, polisə müraciət edən zərərçəkmişlər onlaraməxsus xırdabuynuzlu heyvanların naməlum şəxslər tərəfindənoğurlanması və soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumatveriblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmincinayətləri törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri -əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onuntanışı Rafael Nəsirov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin noyabr ayı ərzində 3 dəfəRafael Nəsirova məxsus avtomobillə Qax rayonuna gələrək, buradasoyğunçuluq və oğurluq etdikləri məlum olub. Onlar ifadələrində ələkeçirdikləri xırdabuynuzlu heyvanları Zaqatalaya apararaq, oradasatdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərinibildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı iləÜ.Bayramov və R.Nəsirov barəsində həbs qətimkan tədbiriseçilib.

Qaxda
Qaxda
Seçilən
171
18
Mənbələr
Şərh ()
Bağla