AZ

Heyvan oğruları saxlanıldı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində oğurluq və soyğunçuluq cinayətləri törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Cebhe.info"ya verilən məlumata görə, polisə müraciət edən zərərçəkmişlər onlara məxsus xırdabuynuzlu heyvanların naməlum şəxslər tərəfindən oğurlanması və soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər.

Keçirilmiş əməliyyat –axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin noyabr ayı ərzində 3 dəfə Rafael Nəsirova məxsus avtomobillə Qax rayonuna gələrək burada soyğunçuluq və oğurluq etdikləri məlum olub.

Onlar ifadələrində ələ keçirdikləri xırdabuynuzlu heyvanları Zaqatalaya apararaq orada satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə Ü.Bayramov və R.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.

"Cebhe.info"

Seçilən
169
17
Mənbələr
Şərh ()
Bağla