AZ

“Onlar bizsiz uğursuzluğa düçar olacaqlar” - ABŞ hərbçisi Ukraynadan danışdı

“Qərb rəsmiləri xəbərdarlıq edir ki, ABŞ daha çox yardım göstərməsə, Ukrayna Rusiyaya qarşı “uğura nail olmayacaq”.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən yüksək rütbəli ABŞ hərbi rəsmisi deyib:

“Bizimlə uğur qazanacağımıza dair heç bir zəmanət yoxdur, lakin onlar bizsiz uğursuzluğa düçar olacaqlar”.

Agentlik qeyd edir ki, Rusiyanın qələbəsi təkcə Ukrayna üçün deyil, həm də bütövlükdə Avropa təhlükəsizliyi üçün fəlakət, həmçinin ABŞ üçün ciddi zərbə olardı.

ABŞ və Ukrayna rəsmiləri isə açıqlamasında bildiriblər ki, Rusiya ordusu Ukrayna qüvvələrinin bacara biləcəyi nisbətdən 5-7 dəfə daha çox atəş açır.

Ukraynanın yüksək rütbəli hərbi rəsmisi CNN-lə söhbətində qeyd edib ki, ukraynalı komandirlər onların atəş gücünə təsirinin Ukraynanın əlavə itkilərinə səbəb olduğunu düşünür:

“Mən düşünmürəm ki, insanlar Ukraynanın süqutunun, əslində, nə demək olduğunu tam başa düşmürlər. Biz dəhşətli şeylər görə bilərik: etnik təmizləmə və Ukraynanın tamamilə məhv edilməsi. Buçada nə etdiklərini xatırlayın. Deməli, bunun qarşısını ala bilsək, artıq uğurdur. Ona görə də biz davam etməliyik”.


Telegram kanalımız
Seçilən
320
50
Mənbələr
Şərh ()
Bağla