AZ

"Real"sız da bunu bacardı

"Fluminense" klublararası dünya çempionatının yarımfinal matçında Misirin "Əl-Əhli" klubunu 2:0 hesabı ilə məğlub edərək yarışın finalına yüksəlib

Publika.az xəbər verir ki, bununla Braziliya klubunun müdafiəçisi Marselo karyerasında 5-ci dəfə sözügedən turnirin həlledici oyununda iştirak etmək hüququ qazanıb.

"Sambaçı" 15 il (2007-2022) formasını geyindiyi "Real"la dörd dəfə klublararası dünya çempionatında iştirak edib və hər birində turnirin qalibi olub.

Bu mövsüm Marselo "Fluminense"nin heyətində bütün yarışlarda 31 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Braziliya klubu ilə müqaviləsi 2024-cü ilin sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 1,5 milyon avrodur.

Seçilən
197
13
Mənbələr
Şərh ()
Bağla