AZ

"Sabah" çempionatın vahid lideri oldu - FOTO

20 dekabr Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun həm açılış, həm də mərkəzi oyunu baş tutub. 

Bizim.Media "Sərhədçi" İdman Mərkəzində baş tutmuş günün ilk oyununda "Neftçi" və "Sərhədçi" üz-üzə gəlib. 

Bu görüşdə "Neftçi" 88-86 hesablı çətin qələbə qazanıb. 

Ən məhsuldar basketbolçular: "Neftçi" (Toraje Breyk - 25 xal, 14 asist), "Sərhədçi" (Brendon Miller - 29 xal, 11 asist) 
Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış "Xəzri" və "Sabah" komandaları qarşılaşıblar. Gərgin oyunun yekununda 84-80 hesabı ilə sevinən tərəf "Sabah" olub. 

Ən məhsuldar basketbolçular: "Xəzri" (Amil Həmzəyev - 17 xal, 5 ribaund ), "Sabah" (Mayk Holton - 18 xal, 4 asist)


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
223
50
Mənbələr
Şərh ()
Bağla