AZ

“Neftçi” darmadağınla 1/4 finala yüksəldi

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekunvurulub.

Trend xəbər verir ki, raundun son oyununda “Neftçi” meydançayaçıxıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzəgəlib. “Neftçi Arena”da baş tutan matçda “Neftçi” rəqibini 4:0hesabı ilə darmadağın edib. Elita komandasının heyətində 23-cüdəqiqədə penaltidən Aaron Olanare, 77-ci dəqiqədə Yeqor Boqomolski,80-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər. "Qaradağ Lökbatan"daMurad Qayalı 72-ci dəqiqədə avtoqol müəllifi olub.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bumərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-dəkeçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”,“Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.

Seçilən
174
10
Mənbələr
Şərh ()
Bağla